Son üç ayda münaqişə bölgələrində 27 jurnalist öldürülüb.
Bizim.Media xəbər verir ki, bu barədə UNESCO-nun son hesabatında deyilir.
Mənbə qeyd edir ki, 2023-cü il münaqişə zonalarında fəaliyyət göstərən jurnalistlər üçün xüsusilə ölümcül il olub.
Qətllər son üç illə müqayisədə demək olar ki, iki dəfə artıb. Xüsusilə bu ilin son üç ayı (27 ölüm halı) 2007-ci ildən bəri münaqişə zonalarında jurnalistlər üçün ən ölümcül rüb olub.
Bizim.Media