İsrail müdafiə qüvvələri (İDF) Qəzza zolağının mərkəzində HƏMAS-ın əməliyyat qərargahına və komanda mərkəzinə zərbələr endirib.
Bizim.Media xəbər verir ki, bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, hərbçilər terrorçuları izləyib və onların HƏMAS-ın əməliyyat qərargahı kimi xidmət göstərən binaya daxil olduqlarını görüblər:
“Həmin binaya HHQ vasitəsilə zərbələr endirilib, nəticədə terrorçular öldürülüb, qərargah dağıdılıb”.
Daha sonra mühəndislik imkanlarından istifadə edilməklə komanda mərkəzi və silahlar məhv edilib.
Bizim.Media