Donald Tramp Çin siyasətini yumşaldır

ABŞ prezidenti Donald Tramp dünya siyasətinin gerçəkliklərini dərk etməyə başlayıb
xa0

Donald Tramp administrasiyası Cənubi-Şərqi Asiya ölkələri ilə bağlı siyasətini yenidən gözdən keçirməli olacaq. Bunu ABŞ dövlət katibi Reks Tillersonun region ölkələrinə etdiyi səfər də göstərir.

Xəbər verdiyimiz kimi, Tillerson bu günlərdə bölgənin 3 qüdrətli dövlətini, Yaponiya, Çin və Cənubi Koreyanı ziyarət edib.

Musavat.com xarici mətbuata istinadən bildirir ki, dövlət katibinin bu səfərinin əsas yekun nəticəsi Ağ Evin əvvəlki anti-Çin ritorikasından əl çəkib iki ölkə arasında əməkdaşlığa üstünlük verməsi olub.

Regionun ən təhlükəli dövlətinə, Şimali Koreyaya isə yeni administrasiya Obama dövründəki tolerantlığı göstərməyəcəyini artıq indidən hiss etdirməyə başlayıb.

Mətbuat bu ziyarətin bölgədə baş verən proseslərin fonunda 64 yaşlı Reks Tillerson üçün əsl sınaq olduğunu qeyd edir. Cənubi Koreya prezidenti Pak Kın Se-nin istefası, Şimali Koreyanın ağır mühərrikli raket sınağını uğurla həyata keçirməsi, ən nəhayət Çinin Cənubi Çin dənizində tikdiyi süni adalar məsələsi Tillersonun səfərini daha da dramatik məcraya yönəldib.xa0
Bundan başqa dövlət katibi Çinli həmkarlarının Donald Trampın Pekin rejimi haqqında söylədiklərinə də aydınlıq gətirməli olub.

Tillersonun səfərində gərgin keçməsini göstərən anlardan biri də onun yorğunluq bəhanəsi ilə Cənubi Koreya xarici işlər naziri Yun Ben Se və prezident səlahiyyələtrini icra edən Hvan Ge An ilə nahar yeməyindən imtina etməsidir. Cənubi Koreya mətbuatı bunu Vaşinqtonun Seuldan daha çox Tokioya diqqət yetirməsi ilə izah edib.

ABŞ-ın yeni rəhbərliyi əvvəlki administrasiya qədər Şimali Koreyaya dözümlü yanaşmağın tərəfdarı deyil. Vaşinqton Pxenyanın Soxe poliqonunda nüvə raketlərini dünyanın istənilən nöqtəsinə çatdıra biləcək yeni mühərriklərin sınaqdan keçirməsinə olduqca təşvişlə yanaşır.

Tillerson ABŞ-ın KXDR-ə yönəlik “gözləmə”x9d siyasətinin bütün imkanlarının artıq tükəndiyini bəyan edib. O bunu üçün Şimali Koreyaya siyasi və iqtisadi tədbirlərin görüləcəyini istisna etməyib.


Tillersonun nitqində digər maraqlı məqam onun həm Yaponiyanın həm də Cənubi Koreyanın nüvə silahına malik ola biləcəyi ilə bağlı sözləri olub.

Reks Tillersonun region ölkələri içində ən son Çinə səfər edib. Səfərin kulminasiya nöqtəsi isə onun Çin lideri Si Tsinpinlə görüşü zamanı yaşanıb. Xatırladaq ki, Çin Donald Trampın Tayvan rəhbəri Tsay İnvenlə telefon danışığı aparmasına olduqca qəzəbli idi. Lakin görünür, ABŞ xarici siyasət idarəsinin başçısının ziyarəti atmosferi yumşaltmağa nail olub.

“Siz ABŞ-Çin münasibətlərinin yalnız dostluq zəmində ola biləcəyini söylədiniz, mən də bunu yüksək qiymətləndirirəm”x9d Çin lideri amerikalı qonağa bildirib.

Ekspertlər Tillersonun bu səfərini müxtəlif aspektərdən qiymətləndirirlər.

Onların fikrincə, Vaşinqton Rusiya ilə hələ də gərgin qalan münasibətlər fonunda Avrasiyanın iki qüdrətli dövlətinin bir-birləri ilə yaxınlaşmasına imkan vermək istəmir. Bundan başqa Şimali Koreyanın son raket sınaqları Vaşinqtonu Pxenyana təzyiq göstərmək üçün Pekinin köməyinə ehtiyac buraxıb.

Politoloqların gəldiyi ümumi qənaət isə Donald Trampın sələfi Barak Obamanın qoyduğu siyasi xəttə qayıtması yönündədir.
Bu səbəbdən Çindən fərqli olaraq Rusiya ilə münasibətlərin də yaxın zamanlarda normallaşacağına ümid edən yoxdur.(musavat.com)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ər-arvadın ölümünə səbəb olan sürücüyə bu cəza verildi

Ər-arvadın ölümünə səbəb olan sürücüyə bu cəza verildi

Əfsanə 40 ildən sonra geri qayıdır - Tam elektrikli olacaq

Əfsanə 40 ildən sonra geri qayıdır - Tam elektrikli olacaq

Türkiyədəki anti-Azərbaycan kampaniyasının SİRRİ AÇILDI

Türkiyədəki anti-Azərbaycan kampaniyasının SİRRİ AÇILDI

İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verildi – FOTO

İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verildi – FOTO

63 yaşlı nənə 16 yaşlı nəvəsi ilə eyni liseydə oxuyur – FOTO

63 yaşlı nənə 16 yaşlı nəvəsi ilə eyni liseydə oxuyur – FOTO

"Qadağanedici nişan var, amma maşın saxlanılır" - Sakinlərdən şikayət – VİDEO

"Qadağanedici nişan var, amma maşın saxlanılır" - Sakinlərdən şikayət – VİDEO

Oktay Kaynarca “Milyoner”dən ayrıldı

Oktay Kaynarca “Milyoner”dən ayrıldı

Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinən 6 nəfər SAXLANILDI – FOTO/VİDEO

Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinən 6 nəfər SAXLANILDI – FOTO/VİDEO

Sabah Bakıda hava necə olacaq?

Sabah Bakıda hava necə olacaq?

Çingiz Aytmatovun sabiq kürəkəni xaricdə saxlanıldı – FOTO-VİDEO

Çingiz Aytmatovun sabiq kürəkəni xaricdə saxlanıldı – FOTO-VİDEO

Dövlət qulluqçularının ən yüksək və ən aşağı əməkhaqqı aldığı bölgələr – SİYAHI

Dövlət qulluqçularının ən yüksək və ən aşağı əməkhaqqı aldığı bölgələr – SİYAHI

Bakıda 92 nömrəli marşrutun bütün avtobusları yenilənir

Bakıda 92 nömrəli marşrutun bütün avtobusları yenilənir

Razi Nurullayev: “Sertifikat alan şəxslərin bir qismi beş il ərzində iş tapa bilmir”

Razi Nurullayev: “Sertifikat alan şəxslərin bir qismi beş il ərzində iş tapa bilmir”

Siyavuş Novruzov: “Ayrı-ayrı ölkələrdən Azərbaycana qarşı təhdidlər var”

Siyavuş Novruzov: “Ayrı-ayrı ölkələrdən Azərbaycana qarşı təhdidlər var”

Nazirlər Kabinetindən sudan ödənişli istifadə ilə bağlı QƏRAR

Nazirlər Kabinetindən sudan ödənişli istifadə ilə bağlı QƏRAR

Sənaye sektorunda 51,2 milyard manatlıq məhsul istehsal edilib

Sənaye sektorunda 51,2 milyard manatlıq məhsul istehsal edilib

Azərbaycanda 12 milyard manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib – İNFOQRAFİKA

Azərbaycanda 12 milyard manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib – İNFOQRAFİKA

Borcunu ödəyə bilməyənlərin NƏZƏRİNƏ – Yeni mexanizm YARADILIR

Borcunu ödəyə bilməyənlərin NƏZƏRİNƏ – Yeni mexanizm YARADILIR

Laos Prezidenti: “44 il əvvəl səfər etdiyim Azərbaycanı çox çətinliklə tanıdım”

Laos Prezidenti: “44 il əvvəl səfər etdiyim Azərbaycanı çox çətinliklə tanıdım”

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO

Rusiya ordusu Rivnedə universitet binasına zərbə endirdi: Yaralananlar var – VİDEO

Rusiya ordusu Rivnedə universitet binasına zərbə endirdi: Yaralananlar var – VİDEO

Laos Prezidenti: Ümid edirəm ki, gələcəkdə Azərbaycan investorları ölkəmizə daha çox sərmayə yatıracaqlar

Laos Prezidenti: Ümid edirəm ki, gələcəkdə Azərbaycan investorları ölkəmizə daha çox sərmayə yatıracaqlar

Bakı metrosu gücləndirilmiş iş rejiminə keçəcək – SƏBƏB

Bakı metrosu gücləndirilmiş iş rejiminə keçəcək – SƏBƏB

Təhlükəli mallar dövriyyədən çıxarılıb, məhv ediləcək – YENİ QAYDALAR

Təhlükəli mallar dövriyyədən çıxarılıb, məhv ediləcək – YENİ QAYDALAR

End of content

No more pages to load

RADİO