Ukrayna Prezidenti Vladimir Zelenski Donbasa gedib.
Bizim.Media “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Zelenski təmas xəttində vəziyyətin gərginləşməsi fonunda cəbhə bölgələrini ziyarət edəcək və hərbçilərlə görüşəcək.
"Zelenskinin Donbasa işgüzar səfəri başlayıb. Dövlət başçısı son zamanlarda atəşkəsin davamlı şəkildə pozulduğu və düşmənin açdığı atəş nəticəsində ukraynalı müdafiəçilərin öldüyü və yaralandığı cəbhə bölgəsindəki mövqeləri ziyarət edəcək"- deyə qeyd edilib.
Mətbuat xidməti vurğulayıb ki, Zelenski Donbasa Ali Baş Komandan kimi hərbçilərin döyüş ruhuna dəstək vermək üçün gedib.
Bizim.Media