Rusiyanın xarici işlər naziri Sergey Lavrov və İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı baş tutub.
Bizim.Media xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, tərəflər arasında ikitərəfli münasibətlərlə yanaşı, regional vəziyyətin gündəliyinə dair bəzi məsələlərə, o cümlədən Qəzza zolağında baş verən son hadisələr müzakirə edilib.
Bizim.Media