İsrailin sabiq Baş Qərargah rəisi, hazırkı hərbi kabinetin naziri olan Qadi Ayzenkotun kiçik oğlu Qal Qəzza zolağının Şimalında gedən döyüşlərdə həlak olub.
Bizim.Media xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, ehtiyatda olan çavuş Qal Meir Ayzenkot İsraillə gedən döyüşlərdə 25 yaşında həlak olub.
Bununla bağlı İsrailin Baş naziri Binyamin Netanyahu nazirə və onun ailəsinə başsağlığı verib.
Bizim.Media