“Qəzza zolağının bombalanması mümkün qədər tez dayandırılmalıdır. Bu məsələ təkcə bizim regionun deyil, bütün bəşəriyyətin problemidir. Ona görə də bu məsələnin çox tez həlli tapılmalıdır”.
Bizim.Media xəbır verir ki, bunu İran Prezidenti İbrahim Rəisi Kremldə Vladimir Putinlə görüşü zamanı deyib.
“Beynəlxalq təşkilatlar, insan hüquqlarını müdafiə etməli olan təşkilatlar öz effektivliyini itirib. Bu, bütün dünya ictimaiyyətinin gözü qarşısında baş verir”, - deyə Rəisi qeyd edib.
Bizim.Media