Sakit okeanın ada ölkəsi sayılan Vanuatu sahillərində 7,3 maqnitudada zəlzələ baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanlar İsangel şəhərindən 125 km cənubda yerin 32 km dərinliyində qeydə alınıb.
Bundan sonra ərazidə sunami təhlükəsi ilə bağlı xəbərdarlıq edilib.
Bizim.Media