Yaponiya, Böyük Britaniya və İtaliya bir həftə ərzində gələcək nəsil döyüş təyyarəsinin hazırlanması üçün birgə təşkilat və sənaye qrupunun yaradılması haqqında saziş imzalayacaqlar.
Bizim.Media xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Məlumata görə, hökumətlərarası qurum Britaniyanın “BAE Systems PLC”, Yaponiyanın “Mitsubishi Heavy Industries” və İtaliyanın “Leonardo” şirkətlərinin rəhbərlik etdiyi müəssisəyə nəzarət edəcək.
Onun funksiyalarına layihə çərçivəsində tapşırıqların bölüşdürülməsi daxildir.
Bizim.Media