İsrail noyabrın 28-də Qəzza zolağında HƏMAS tərəfindən azad edilə biləcək şəxslərin yeni siyahısını alıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı baş nazir Benyamin Netanyahunun administrasiyası yayıb.
Mənbə yazır ki, İsrail hakimiyyəti girov saxlanılanların adları olan siyahını araşdırır.
Qeyd edək ki, noyabrın 22-də HƏMAS Misir və Qətərin vasitəçiliyi ilə Qəzza zolağında dörd günlük humanitar atəşkəsə dair İsraillə razılığa gəldiyini açıqlayıb.
Bizim.Media