NATO-nun Baş katibi Yens Stoltenberq İsrail və HƏMAS arasında Qəzzada bitmək üzrə olan 4 günlük humanitar atəşkəs müddətinin uzadılmasına dair çağırış edib.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, Stoltenberq bu barədə noyabrın 28-29-da Brüsseldə keçiriləcək NATO Xarici İşlər Nazirləri Toplantısından əvvəl deyib.
O qeyd edib ki, müddətin uzadılması Qəzzadakı insanların çox ehtiyac duyduğu yardımın çatmasını və azad edilməsini təmin edəcək.
Bizim.Media