Qəzzada İsrail və Fələstin arasında bağlanan humanitar atəşkəs rejimi daha iki gün uzadıla bilər.
Bizim.Media xəbər verir ki, bu barədə Misir rəsmiləri məlumat yayıblar.
Qeyd edək ki, noyabrın 24-də Qəzza zolağında humanitar atəşkəs elan edilib. İsrail və HƏMAS arasındakı razılaşmaya görə, sonuncu 150 fələstinli məhbusun əvəzində 50 nəfəri azad etməyi öhdəsinə götürüb.
Bizim.Media