Yunanıstanın Lesbos adası sahillərində Komor adaları bayrağı altında üzən yük gəmisi batıb.
Bizim.Media “TRT Haber”ə istinadən xəbər verir ki, iki suriyalı, dörd hindistanlı və səkkiz misirlinin olduğu ekipajın bir üzvü sağ tapılıb və Hərbi Dəniz Qüvvələri helikopteri tərəfindən xilas edilib.
Hazırda axtarış-xilasetmə işləri davam edir.
Bizim.Media