Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, Rusiya prezidenti Vladimir Putin ABŞ-ın təşkilatçılığı ilə keçiriləcək iqlim sammitinə dəvət alıb.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “RİA Novosti” agentliyi yayıb.
Putin sözçüsü deyib ki, dəvətlə bağlı detallar olmadığı üçün diplomatik kanallar vasitəsilə dəqiqləşdirilir.
Ağ Ev bundan əvvəl ABŞ prezidenti Co Baydenin 22-23 aprel tarixlərində 40 dünya liderini iqlim danışıqlarına dəvət etdiyini təsdiqləyib.
Görüşün onlayn olacağı deyilir.
"Bəli, həqiqətən dəvət göndərilib. Ancaq heç bir detal yoxdur. İndi diplomatik kanallar, Vaşinqtondakı səfirliyimiz və Moskvadakı Amerika səfirliyi vasitəsilə təfərrüatları öyrənməyə çalışırıq. Bu, necə olacaq, orada kimlər iştirak edəcək və s.”, - deyə Peskov jurnalistlərə bildirib.
Bizim.Media