BMT-nin Baş katibi Antoniu Quterreş Fələstinlə bağlı Qəzza zolağında dərhal atəşkəsə və girovların azad edilməsinə çağırıb.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, Quterreş bu barədə Qahirə Sülh Sammitində çıxışı zamanı danışıb.
O qeyd edib ki, qan axıdılmasının dayandırılması və iki dövlətin yaradılması ilə bağlı həllə nail olmaq üçün hər cür səy göstərilməlidir:
“Beynəlxalq humanitar hüququ tətbiq etmək və Qəzza zolağının mülki əhalisini qorumaq lazımdır. Mülki əhaliyə, evlərə və xəstəxanalara hücumlara son qoymağa çağırıram”.
BMT-nin Baş katibi vurğulayıb ki, Qəzzaya humanitar yardım davamlı olaraq göstərilməlidir.
Bizim.Media