Rusiya xarici işlər nazirinin keçmiş müavini Georgi Kunadze xarici agent elan edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Ədliyyə Nazirliyi məlumat verib.
Məlumata görə, Kunadze Rusiyanın mənfi imicini yaratmağa yönəlmiş yalan məlumatlar, habelə ölkənin dövlət orqanlarının qəbul etdiyi qərarlar və onların yeritdiyi siyasəti yaymaqda ittiham olunur.
Diplomat həmçinin, Rusiya Silahlı Qüvvələrinin döyüş texnikası barədə yalan məlumatlar da yayıb.
Bizim.Media