Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Co Baydeni çay süfrəsinə dəvət edib.
Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Putin jurnalistlərə açıqlamasında deyib.
Rusiya prezidenti ABŞ-ın Ukrayna Silahlı Qüvvələrinə uzunmənzilli ATACMS raketlərinin gizli tədarükü ilə bağlı xəbərə münasibət bildirib.
"Rusiya uduzubsa, niyə Ukraynanı ATACMS ilə təmin edir? ATACMS və bütün digər silahları geri alsınlar. O zaman Bayden bizə çay içməyə gələ bilər”, - Putin bildirib.
Bizim.Media