Oktyabrın 18-nə keçən gecə Rusiya silahlı qüvvələri Zaporojye şəhərinə raketlərlə hücum edib. Raketlərdən biri şəhərin mərkəzindəki beşmərtəbəli yaşayış binasına düşüb.
Bizim.Media xəbər verir ki, binanın üç mərtəbəsi dağılıb.
Ukrayna Prezidenti Volodimir Zelenski telegram səhifəsində 8 mənzilin dağıldığını açıqlayıb. İlkin məlumatlara əsasən, iki nəfər həlak olub. Biri qadın olmaqla, üç nəfərin yaralandığı bildirilir, üç nəfər də itkin düşmüş hesab edilir.
Hazırda hadisə yerində dağıntıların təmizlənməsi və axtarış-xilasetmə işləri davam etdirilir. Binanın 50-yə yaxın sakini təxliyə olunub.



Bizim.Media