BMT komitəsindən Ermənistana TƏLƏB 

BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar Komitəsi Ermənistandan Qərbi Azərbaycan İcmasının qaldırdığı məsələlərin icrasını tələb edib. 

Bizim.Media xəbər verir ki, açıqlamada bildirilib ki, Qərbi Azərbaycan İcması Ermənistanın İqtisadi, Sosial və Mədəni Hüquqlar Haqqında Beynəlxalq Paktın icrasına dair Dördüncü Dövri Hesabatı ilə əlaqədar BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar Komitəsinə geniş Paralel Hesabat təqdim edib. 

Bundan əlavə, İcmanın nümayəndəsi Kamal Cəfərov Komitənin iclasında iştirak edib. İcma sözügedən paralel hesabatında Ermənistanın orada yaşamış azərbaycanlıları qovmaqla Paktı və digər beynəlxalq insan hüquqları konvensiyalarını pozması haqqında məlumat verib və
Komitəni insan hüquqları pozuntularını aradan qaldırmaq üçün təcili tədbirlər görməyə çağırıb. 

Qeyd olunub ki, bu günlərdə Komitə Ermənistanın sözügedən Paktı icra etməsi ilə bağlı yekun qənaət və tövsiyələrini dərc edib.

İcmanın qaldırdığı bir çox iradlar, ələlxüsus, Ermənistanın ayrı-seçkiliyə yol verməsi, milli azlıqların hüquqlarını pozması, mədəni hüquqları pozması və Azərbaycan mədəni irsinin qorunması sahəsində öhdəliklərini yerinə yetirməməsi və qaçqınların hüquqları ilə bağlı öhdəliklərinə biganə yanaşması ilə bağlı qaldırdığı məsələlər Komitənin yekun sənədində öz əksini tapıb. 

Komitə Ermənistanı milli azlıqlara məxsus və hazırda yox olmaq təhlükəsi ilə üzləşən mədəni və dini abidələrin reyestrini aparmaq, lazımi miqdarda maliyyə vəsaiti ayırmaqla və digər müvafiq tədbirlərlə onları qorumaq üçün tədbirlər görməyə çağırıb.

Komitə həmçinin Ermənistanın qanunvericiliyi və praktikasının milli azlıqların və qaçqınların hüquqlarını pozduğunu bildirmiş və Ermənistandan bu sahədə vəziyyəti düzəltmək üçün zəruri tədbirlər görməyi tələb edib. 

Komitənin sənədində Qərbi Azərbaycan İcmasının qaldırdığı məsələlərin öz əksini tapması Ermənistandan qovulmuş azərbaycanlıların beynəlxalq konvensiyalarla qorunan hüquqlarının bərpa edilməsi istiqamətində mühüm addımdır. İcma bu istiqamətdə səylərini davam etdirəcək. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qızıl və gümüş UCUZLAŞDI

Qızıl və gümüş UCUZLAŞDI

Jurnalistin 15 yaşlı oğlu faciəvi şəkildə həyatını itirdi – FOTO

Jurnalistin 15 yaşlı oğlu faciəvi şəkildə həyatını itirdi – FOTO

Bu gün Ümumdünya Leykemiya Günüdür

Bu gün Ümumdünya Leykemiya Günüdür

Xərçəng riskini 69 faiz azaldır - 70 İLLİK SİRR ÜZƏ ÇIXDI

Xərçəng riskini 69 faiz azaldır - 70 İLLİK SİRR ÜZƏ ÇIXDI

Avro və rubl bahalaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl bahalaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Xaçmazın bu kəndləri qazsız qalacaq – SİYAHI

Xaçmazın bu kəndləri qazsız qalacaq – SİYAHI

İlham Əliyev Corciya Melonini təbrik etdi – FOTO

İlham Əliyev Corciya Melonini təbrik etdi – FOTO

80 yaşlı nənə sevgilisinə görə evdən qaçdı - Oğlu infarkt oldu

80 yaşlı nənə sevgilisinə görə evdən qaçdı - Oğlu infarkt oldu

Onlayn dərsə keçən məktəblərin SİYAHISI

Onlayn dərsə keçən məktəblərin SİYAHISI

Məktəb bufetlərində şagirdlərə pulsuz YEMƏK veriləcək? – Rəsmi AÇIQLAMA

Məktəb bufetlərində şagirdlərə pulsuz YEMƏK veriləcək? – Rəsmi AÇIQLAMA

Özünə dost axtarır - Elan verdi

Özünə dost axtarır - Elan verdi

Hamamda duş lifi ilə yuyunanlara xəbərdarlıq

Hamamda duş lifi ilə yuyunanlara xəbərdarlıq

Bakıda məşhur bazar köçürülür- VİDEO

Bakıda məşhur bazar köçürülür- VİDEO

Xırdalanda obyekt yandı – VİDEO

Xırdalanda obyekt yandı – VİDEO

Qonşumuz 633 hektarlıq nəhəng şəhər salır - 6 mindən çox ev, iki yeni körpü

Qonşumuz 633 hektarlıq nəhəng şəhər salır - 6 mindən çox ev, iki yeni körpü

İstilər pik həddə çatacaq, fevraladək davam edəcək - Xəbərdarlıq

İstilər pik həddə çatacaq, fevraladək davam edəcək - Xəbərdarlıq

Cəmi 6 aya necə “robotlaşmaq” olur? – Süni intellektdən sui-istifadə edənlərə XƏBƏRDARLIQ

Cəmi 6 aya necə “robotlaşmaq” olur? – Süni intellektdən sui-istifadə edənlərə XƏBƏRDARLIQ

Paytaxtın bəzi əraziləri işıqsız qalacaq – ÜNVANLAR

Paytaxtın bəzi əraziləri işıqsız qalacaq – ÜNVANLAR

Sahil Tahirli: "Qərb mediasının “üç meymun” siyasəti artıq heç kimi təəccübləndirmir"

Sahil Tahirli: "Qərb mediasının “üç meymun” siyasəti artıq heç kimi təəccübləndirmir"

BİZİM TƏQVİM:4 sentyabrda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:4 sentyabrda baş vermiş tarixi hadisələr

Son günlər uşaqlar arasında yayılan virusa qarşı nə edilməlidir? - VİDEO

Son günlər uşaqlar arasında yayılan virusa qarşı nə edilməlidir? - VİDEO

Kamil Zeynallı Tailandda “döyüldü” - VİDEO

Kamil Zeynallı Tailandda “döyüldü” - VİDEO

İqlim dəyişikliyi dünyanın ən təhlükəli yeməyinə də TƏSİR ETDİ

İqlim dəyişikliyi dünyanın ən təhlükəli yeməyinə də TƏSİR ETDİ

BÜRCLƏRİN kişiləri aşiq olduqda necə davranırlar?

BÜRCLƏRİN kişiləri aşiq olduqda necə davranırlar?

End of content

No more pages to load

RADİO