Ərdoğandan inflyasiya ilə bağlı açıqlama: 2028-ci ilin sonunadək...

"2028-ci ilin sonuna qədər Türkiyədə inflyasiyanın təkrəqəmli səviyyəyə - 4,7 %-ə endirilməsi planlaşdırılır".

Bizim.Media xəbər verir ki, bunu Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan “X” sosial şəbəkəsindəki hesabında ölkənin gələcək 5 ili üçün Yol Xəritəsini müəyyənləşdirən 12-ci İnkişaf Planını açıqlayarkən bildirib.

R.Ərdoğan qeyd edib ki, sağlam düşüncə, qeyri-hökumət və peşəkar təşkilatların, biznes dünyasının töhfələri ilə hazırlanan 12-ci İnkişaf Planı bu gün Türkiyə Böyük Millətlər Məclisinə təqdim edilir:

“5 illik inkişaf planımız 5 əsas istiqamətdən ibarətdir. Birincisi bacarıqlı insanlar, möhkəm ailə, sağlam cəmiyyət, ikincisi stabil inkişaf, güclü iqtisadiyyat, üçüncüsü yaşıl və rəqəmsal transformasiya ilə rəqabətə davamlı istehsal, dördüncüsü fəlakətə davamlı yaşayış sahələri, davamlı mühit, beşincisi isə ədalətə əsaslanan demokratik idarəçilikdir”.

Türkiyə Prezidentinin sözlərinə görə, 12-ci İnkişaf Planı dövründə orta hesabla 5 % sabit və balanslı artım hədəflənib.

“2028-ci ildə ölkənin milli gəliri 1 trilyon 589 milyard ABŞ dollarına, adambaşına düşən gəliri isə 17 min 554 ABŞ dollarına çatdırmağı planlamışıq. Hər il məşğulluğun artımını orta hesabla 3 % təmin etməklə, dövrün sonunda işsizliyin səviyyəsinin 7,5 %-ə enəcəyini gözləyirik.

İxracı 375 milyard ABŞ dollarına, turizm gəlirlərini isə 100 milyard ABŞ dollarına çatdıraraq cari hesabın kəsirini sıfıra yaxın səviyyəyə endirməyi hədəfləyirik.

Ümid edirəm ki, türk əsrinə gedən yolda dövlətimizə və millətimizə rəhbərlik edəcək 12-ci İnkişaf Planı faydalı olacaq”, - deyə paylaşımda bildirilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Eldar Mansurov 60 il əvvəl - FOTO

Eldar Mansurov 60 il əvvəl - FOTO

Qızıl və gümüş UCUZLAŞDI

Qızıl və gümüş UCUZLAŞDI

Jurnalistin 15 yaşlı oğlu faciəvi şəkildə həyatını itirdi – FOTO

Jurnalistin 15 yaşlı oğlu faciəvi şəkildə həyatını itirdi – FOTO

Bu gün Ümumdünya Leykemiya Günüdür

Bu gün Ümumdünya Leykemiya Günüdür

Xərçəng riskini 69 faiz azaldır - 70 İLLİK SİRR ÜZƏ ÇIXDI

Xərçəng riskini 69 faiz azaldır - 70 İLLİK SİRR ÜZƏ ÇIXDI

Avro və rubl bahalaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl bahalaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Xaçmazın bu kəndləri qazsız qalacaq – SİYAHI

Xaçmazın bu kəndləri qazsız qalacaq – SİYAHI

İlham Əliyev Corciya Melonini təbrik etdi – FOTO

İlham Əliyev Corciya Melonini təbrik etdi – FOTO

80 yaşlı nənə sevgilisinə görə evdən qaçdı - Oğlu infarkt oldu

80 yaşlı nənə sevgilisinə görə evdən qaçdı - Oğlu infarkt oldu

Onlayn dərsə keçən məktəblərin SİYAHISI

Onlayn dərsə keçən məktəblərin SİYAHISI

Məktəb bufetlərində şagirdlərə pulsuz YEMƏK veriləcək? – Rəsmi AÇIQLAMA

Məktəb bufetlərində şagirdlərə pulsuz YEMƏK veriləcək? – Rəsmi AÇIQLAMA

Özünə dost axtarır - Elan verdi

Özünə dost axtarır - Elan verdi

Hamamda duş lifi ilə yuyunanlara xəbərdarlıq

Hamamda duş lifi ilə yuyunanlara xəbərdarlıq

Bakıda məşhur bazar köçürülür- VİDEO

Bakıda məşhur bazar köçürülür- VİDEO

Xırdalanda obyekt yandı – VİDEO

Xırdalanda obyekt yandı – VİDEO

Qonşumuz 633 hektarlıq nəhəng şəhər salır - 6 mindən çox ev, iki yeni körpü

Qonşumuz 633 hektarlıq nəhəng şəhər salır - 6 mindən çox ev, iki yeni körpü

İstilər pik həddə çatacaq, fevraladək davam edəcək - Xəbərdarlıq

İstilər pik həddə çatacaq, fevraladək davam edəcək - Xəbərdarlıq

Cəmi 6 aya necə “robotlaşmaq” olur? – Süni intellektdən sui-istifadə edənlərə XƏBƏRDARLIQ

Cəmi 6 aya necə “robotlaşmaq” olur? – Süni intellektdən sui-istifadə edənlərə XƏBƏRDARLIQ

Paytaxtın bəzi əraziləri işıqsız qalacaq – ÜNVANLAR

Paytaxtın bəzi əraziləri işıqsız qalacaq – ÜNVANLAR

Sahil Tahirli: "Qərb mediasının “üç meymun” siyasəti artıq heç kimi təəccübləndirmir"

Sahil Tahirli: "Qərb mediasının “üç meymun” siyasəti artıq heç kimi təəccübləndirmir"

BİZİM TƏQVİM:4 sentyabrda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:4 sentyabrda baş vermiş tarixi hadisələr

Son günlər uşaqlar arasında yayılan virusa qarşı nə edilməlidir? - VİDEO

Son günlər uşaqlar arasında yayılan virusa qarşı nə edilməlidir? - VİDEO

Kamil Zeynallı Tailandda “döyüldü” - VİDEO

Kamil Zeynallı Tailandda “döyüldü” - VİDEO

İqlim dəyişikliyi dünyanın ən təhlükəli yeməyinə də TƏSİR ETDİ

İqlim dəyişikliyi dünyanın ən təhlükəli yeməyinə də TƏSİR ETDİ

End of content

No more pages to load

RADİO