Aktrisa Melisa Sözen film şirkətinə açdığı davanı qazanıb.
Bizim.Media Türkiyə KİV-nə istinadən bildirir ki, aktrisa 2018-ci ildə “Evrensel” film şirkətinin “Babamın günahları” serialında rol alıb.
Lakin həmin serialın 4-cü bölümünün qonorarını ala bilməyən aktrisa şirkəti məhkəməyə verib.
Ötən gün baş tutan məhkəmədə Sözenin xeyrinə qərar verilib. Hakim aktrisaya 43 min lirə (9 min 971 manat) təzminatın ödənilməsini tələb edib.
Bizim.Media