İranın cənubunda 5,3 bal gücündə zəlzələ qeydə alınıb.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Təbii fəlakətin episentri Bəndər Abbas şəhərindən 61,5 km şimalda olub. Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.
İtki və dağıntılar barədə məlumat yoxdur.
Bizim.Media