Rusiya Prezidenti Vladimir Putinin İran, Fələstin və Suriya prezidentləri ilə telefon danışığı baş tutub.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Kremlin mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, danışıqlar zamanı əsas mövzu kəskinləşən Fələstin-İsrail münaqişəsi olub:
“Mülki itkilərin sayının fəlakətli şəkildə artması və Qəzzada dərinləşən humanitar böhranla müşayiət olunan hərbi əməliyyatların genişmiqyaslı eskalasiyasından hədsiz narahatlıq ifadə olunub”.
Bizim.Media