Bu gün, oktyabrın 15-də ABŞ-ın dövlət katibi Entoni Blinken Ər-Riyadda Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ilə görüşəcək.
Bizim.Media Reuters nəşrinə istinadən xəbər verir ki, daha sonra Blinkenin Misirə səfəri nəzərdə tutulub.
ABŞ dövlət katibinin fəaliyyəti dövründə Yaxın Şərqə ən geniş turnesi İsrail səfəri ilə başlayıb. Daha sonra o, İordaniyaya, oradan isə Qətərə gedib. Sonda Blinken Bəhreynə səfər edib.
Bizim.Media