ABŞ Aralıq dənizinin şərqinə ikinci təyyarədaşıyan gəmi göndərib.
Bizim.Media xəbər verir ki, bu barədə Pentaqon rəhbəri Lloyd Ostin bildirib.
O, bu qərarı İsrailə qarşı aqressiv hərəkətlərin qarşısını almaq və HƏMAS-ın İsrail ərazisinə hücumundan sonra daha böyük müharibəni qızışdırmaq cəhdləri ilə izah edib.
Qeyd edək ki, bu həftənin əvvəlində “Gerald R. Ford” təyyarədaşıyan gəmisi Aralıq dənizinin şərqinə gəlib.
Bizim.Media