Urmiya gölündə suyun səviyyəsi sıfıra enib.
Bizim.Media xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb.
Məlumata görə, bu ilin mart və aprel aylarında Urmiya gölünün səthinin təxminən 70%-i su idisə, yaz-yay aylarında suyun səviyyəsi demək olar ki, sıfıra enib.
Qeyd edək ki, normal şəraitdə bu mümkün deyil. Yalnız çaylardan gölə verilən suyun həcmi azaldıqda bu səviyyədə quruma baş verə bilər.
Bizim.Media