Ərdoğan tək qalmasaydı”¦ - Başbuğdan şok açıqlama

Baş Qərargah rəisi olduğum dövrdə, daha dəqiq desək, 2008-ci ildə Milli Kəşfiyyatdan Fətullah Gülən camaatı ilə bağlı hesabat istədim.
xa0
Bunu Türkiyə parlamenti nəzdində yaradılan 15 iyul Çevrilişini Araşdırma Komissiyasında çıxışı zamanı Türkiyə Baş Qərargahının keçmiş rəisi İlkər Başbuğ söyləyib. Onun sözlərinə görə, Gülən camaatının ən böyük uğuru informasiyaya sahib olmalarıydı:
xa0
“1992-ci ildən öncəki və sonrakı vəziyyətə baxmağa məcburuq. 1992-ci ildə MİT-in başına bir mülki şəxs gətirildi. Əslində, bu, demokratiyada normal bir şeydir. Amma önəmli olan məsələ budur ki, 1992-ci ildən etibarən MİT-dəki hərbi kadrların sayı getdikcə azaldıldı və hətta sıfıra qədər endirildi. Hərbi liseylərə 80-ci illərin əvvəllərindən etibarən Ölçmə, Seçmə və Yerləşdirmə Mərkəzinin imtahanları ilə tələbə qəbul edilir. Burada imtahan suallarının oğurlanmasının qarşısının alınması Türkiyə ordusunun səlahiyyətlərinə aid deyil. Bizim ən böyük xətamız tələbələrin müsahibə zamanı doğru yoxlanılmaması idi. FETÖ ilk növbədə elə bu sahəyə girmişdi. Türkiyə Silahlı Qüvvələrinin Heyət Təmin Mərkəzi FETÖ-nün əlində idi. MİT rəhbəri Əmrə Tanər sonradan mənə hesabat verdi. Təxminən 100 səhifə idi. Hesabatı verərkən “komandir, bunu sizə qeyri-rəsmi verirəm”x9d dedi. Mənim üçün bunun heç bir mənası yox idi. Hesabatda Gülən camaatı ilə bağlı ümumi məlumatlar var idi. Bunların kim olduğu, türk ordusuna necə girdiklərinə dair heç nə yox idi. Sadəcə, polislərlə bağlı adlar vardı. 8-9 polisin adı hesabatda yer almışdı. Ən başdakı şəxs isə Əli Fuad Yılmazər idi. Polislərin adını baş nazirə verdim (o dövrdə baş nazir vəzifəsini Rəcəb Tayyib Ərdoğan icra edirdi ”“ red.). FETÖ-nün ən güclü olduğu sahə informasiya sahəsi idi. 2002-ci ildən 15 iyul 2016-cı ilə qədər davam edən dönəmdə ən önəmli hadisə 2009-cu ildə parlamentdə qəbul edilən qanun idi. Bu qanun dəyişikliyi Gülən camaatına böyük cəsarət verdi və əllərimizi bağladı. Qanuna əsasən, hərbi şəxslər xüsusi səlahiyyətli məhkəmələrdə mühakimə edilə biləcəkdilər. Baş Qərargah rəisi olduğum zaman baş nazirə “Bu gün bizə, sabah sizə”x9d dedim. Mənə, sadəcə, “Komandir, siz bunları gözünüzdə çox şişirdirsiniz”x9d cavabını verdi.
xa0
Bu qruplaşma 2002-2012-ci illərdə çox gücləndi. 2008-2010-cu illər FETÖ ilə mən, 2012-dən sonra prezident təkbaşına mübarizə apardı. Əslində, 2007-ci il dönüş nöqtəsi idi. Bu tarixdən etibarən iqtidar Gülən camaatı ilə müttəfiq oldu və türk ordusuna qarşı oyunlara dəstək verdi. Bu iki qüvvənin arasındakı narazılıq 2011-ci ildə başladı. Camaat hakimiyyətdən daha çox millət vəkili istədi, amma buna razılıq ala bilmədi. 2012-ci ildə isə mən həbs edildim. Əslində, bu bir təcrübə idi. Ona görə ki, Baş Qərargah rəisinin tutulması məsələsinə cəmiyyətin reaksiyasını öyrənmək istəyirdilər. Cəmiyyətin reaksiya verməyəcəyini düşündülər. Bundan sonra isə MİT rəhbəri hadisəsi başladı. Məhz bu zaman baş nazir prosesin əslində nə olduğunu gördü. Bundan sonra növbə özünə çatacaqdı. Məncə, savaş 2012-də başladı. Bu proses isə 14 iyul 2016-ya qədər getdi. Bu dövrdə prezident mənim 2008-2010-cu illərdə olduğum kimi təkbaşına qaldı. Əgər 2012-də hər kəs Ərdoğanın yanında olsaydı, 15 iyul baş verməyəcəkdi”x9d.
xa0
Başbuğ 15 iyul çevrilişinin ordunun nüfuzunu aşağı salmaq üçün planlandığını bildirib:
xa0
“Mən Baş Qərargah rəisi olan zaman, xüsusilə, Cənubi Amerikadakı ordulara qarşı sui-qəsdlərin necə tətbiq edildiyini araşdırdım. Bir ordunu nüfuzdan salmağın üç metodu var:
xa0
1. Orduya verilən tapşırıq zamanı onun uğursuzluğa düçar olmasına şərait yaratmalısınız. Biz bunu 2007-ci ildə Dağlıca hadisələri (2007-ci il PKK-nın türk taborunu mühasirəyə almasıdır. Nəticədə 12 türk əsgəri şəhid olmuş, 16 əsgər yaranlanmış, 8 əsgər itkin düşmüşdü ”“ red.) zamanı gördük. Bu, sadəcə, PKK ilə bağlı bir şey deyildi. Qəzetləri açıb baxın, o zaman orduyla bağlı nələr yazılmışdı;
xa0
2. Orduya sui-qəsd tətbiq edəcəksən, məhkəməyə verəcəksən, “Silahlı Qüvvələr qruplaşmadır, terrorçu təşkilatdır”x9d deyəcəksən. Bu da edildi, amma Allaha şükür, qarşısı alındı;
xa0
3. Silah Qüvvələri bir çevriliş təşəbbüsü üçün provokasiya edirsiniz, amma elə tədbirlər görürsünüz ki, çevriliş uğursuz olur. 15 iyulun belə bir model olmasını dəqiq bilmirəm, amma incələnməsi lazım olan mövzu olduğunu düşünürəm.
xa0
Güclü ordu güclü Türkiyə deməkdir. Güclü ordunuz olmasa, heç nə edə bilməzsiniz. Bu millət belə bir ordusu olduğuna görə çox şanslıdır. Bu ordunun qürurunu, şərəfini, əhval-ruhiyyəsini qorumaq lazımdır”x9d.
xa0
Qeyd edək ki, İlkər Başbuğ 2008-2010-cu illərdə Türkiyə Baş Qərargah rəisi olub. (Axar.azxa0)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tezliklə yoxsulluğa son qoyacaq BÜRCLƏR

Tezliklə yoxsulluğa son qoyacaq BÜRCLƏR

Messi daha bir rekord qırdı

Messi daha bir rekord qırdı

Serbiya hərbi obyektlərin gizlədilməsində İranın təcrübəsindən istifadə edəcək

Serbiya hərbi obyektlərin gizlədilməsində İranın təcrübəsindən istifadə edəcək

Venesuelada zəlzələdə 60 min bina dağılıb

Venesuelada zəlzələdə 60 min bina dağılıb

Aygün Kazımovanın qeyri-adi səhnə obrazı - VİDEO

Aygün Kazımovanın qeyri-adi səhnə obrazı - VİDEO

Starmer 2028-ci ildə NATO-nun baş katibliyinə namizəd olacaq?

Starmer 2028-ci ildə NATO-nun baş katibliyinə namizəd olacaq?

Putin: "Rusiya ordusunun Sumıya çatmasına 10,5 km qalıb" - FOTO

Putin: "Rusiya ordusunun Sumıya çatmasına 10,5 km qalıb" - FOTO

Moskva regionunda yanacaq böhranı dərinləşir - Sərt limitlər tətbiq olunur - FOTO

Moskva regionunda yanacaq böhranı dərinləşir - Sərt limitlər tətbiq olunur - FOTO

Bazardüzündə sıldırımdan yıxılan alpinist belə xilas edildi - VİDEO

Bazardüzündə sıldırımdan yıxılan alpinist belə xilas edildi - VİDEO

Fars News: “İran üçün atom bombası əldə etmək zərurətə çevrilib”

Fars News: “İran üçün atom bombası əldə etmək zərurətə çevrilib”

ABŞ-da meşə yanğını: 3 yanğınsöndürən həlak oldu, 2-si yaralandı - VİDEO

ABŞ-da meşə yanğını: 3 yanğınsöndürən həlak oldu, 2-si yaralandı - VİDEO

Sumqayıtda minik avtomobili restorana çırpıldı - FOTO

Sumqayıtda minik avtomobili restorana çırpıldı - FOTO

Çin temperaturu 100 milyon dərəcə selsidən çox olan GÜNƏŞ YARADIR - FOTO

Çin temperaturu 100 milyon dərəcə selsidən çox olan GÜNƏŞ YARADIR - FOTO

Rusiyanın iri neft emalı zavodunda güclü yanğın - ANBAAN VİDEO

Rusiyanın iri neft emalı zavodunda güclü yanğın - ANBAAN VİDEO

İsrailin maliyyə naziri: "Qərb sahilinə 1 milyon yəhudi köçkünü gətirmək istəyirik" - VİDEO

İsrailin maliyyə naziri: "Qərb sahilinə 1 milyon yəhudi köçkünü gətirmək istəyirik" - VİDEO

Rusiyada benzin növbəsində dava: Kişi qadınları döydü - VİDEO

Rusiyada benzin növbəsində dava: Kişi qadınları döydü - VİDEO

Dmitri Medvedev "Vahid Rusiya"nın seçki siyahısına salınmadı

Dmitri Medvedev "Vahid Rusiya"nın seçki siyahısına salınmadı

Rusiya dövlət televiziyasında Azərbaycana qarşı təxribat: "Rossiya-1" rəhbərliyi hara baxır? - VİDEO

Rusiya dövlət televiziyasında Azərbaycana qarşı təxribat: "Rossiya-1" rəhbərliyi hara baxır? - VİDEO

Levandovski ABŞ-ın "Çınikaqo Fayr" klubuna keçəcək

Levandovski ABŞ-ın "Çınikaqo Fayr" klubuna keçəcək

Türkiyə XİN İsrailin qondarma “erməni soyqırımı”nı tanımaq qərarını kəskin pislədi - FOTO

Türkiyə XİN İsrailin qondarma “erməni soyqırımı”nı tanımaq qərarını kəskin pislədi - FOTO

"Sabah" "Ferentsvaroş"la heç-heçə etdi

"Sabah" "Ferentsvaroş"la heç-heçə etdi

Dmitri Medvedev Putinin çıxışı zamanı yuxuya getdi - VİDEO

Dmitri Medvedev Putinin çıxışı zamanı yuxuya getdi - VİDEO

İran deputatı: "Casus Xameneinin yanında idi" - FOTO

İran deputatı: "Casus Xameneinin yanında idi" - FOTO

Xarkovda sənaye zonasına dron zərbəsi endirildi - VİDEO

Xarkovda sənaye zonasına dron zərbəsi endirildi - VİDEO

End of content

No more pages to load

RADİO