İraqın Süleymaniyyə şəhərində hava limanına PUA hücumu edilib.
Bizim.Media xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Zərbə vilayətin inzibati mərkəzi - Süleymaniyyə şəhərinin cənub-şərqindəki Arbat hərbi aerodromuna endirilib. Hücum nəticəsində 6 nəfər həlak olub.
Hadisə yerinə 10 təcili tibbi yardım maşını göndərilib.
Bizim.Media