Rusiya Prezidenti Vladimir Putinin imzaladığı sərəncamla xarici ölkələrin tətbiq etdiyi sanksiyalara cavab olaraq, 2014-cü ildə tətbiq edilən ərzaq embarqosunu daha 10 il uzadıb.
Bizim.Media ölkə KİV-ə istinadən xəbər verir ki, embarqoya əsasən, iqtisadi sanksiyalar tətbiq edən dövlətlərdən Rusiyaya ət və süd məhsulları, balıq, tərəvəz, meyvə və qoz-fındıq idxalı qadağan edilib.
Embarqo Avropa İttifaqı (Aİ), ABŞ, Avstraliya, Kanada, Norveç, İslandiya, Lixtenşteyn, Albaniya və Monteneqroya şamil edilir.
Bizim.Media