Fransız Dənizçilik Xidmətinin xilasediciləri La Manş boğazı ilə qanunsuz olaraq bir neçə qayıqla Britaniyaya keçərkən çətin duruma düşən 72 miqrantı xilas edib.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, xilasedicilər ilk gördükləri qayıqda 4 qadın və 4 azyaşlı olmaqla, 38 miqrantı aşkar ediblər.
Növbəti qayıqda 5 qadın və 7 uşaq daxil olmaqla, 34 miqranta köməklik göstərilib.
Miqrantlar sərhəd polisinə təhvil verilib.
Bizim.Media