Türkiyədə meşə yanğınları davam edir.
Bizim.Media Türkiyə KİV-ə istinadən xəbər verir ki, Ağrı vilayətinin Eleşkirt rayonunda meşəlik ərazidə yanğın başlayıb.
Belə ki, rayonun Yanıkdərə kəndi yaxınlığındakı otluq ərazidə başlayan yanğın ətrafdakı meşəliyə də keçib.
Əraziyə yanğınsöndürənlər cəlb edilib. Hazırda yanğının nəzarət altına alınması istiqamətində işlər davam etdirilir.
Bizim.Media