Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə Soçidə baş tutan görüşündən sonra Ukrayna rəhbəri Volodimir Zelenski ilə də görüşü ehtimal edilir.
Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba məlumat verib.
“Əminəm ki, Ərdoğanın Putinlə danışıqlarının nəticəsi olaraq, Türkiyə lideri ilə Zelenski arasında əlaqə yaranacaq”, - deyə Ukrayna XİN rəhbəri bildirib.
O, həmçinin Ukrayna və Türkiyə liderləri arasında münasibətlərdə etimadın olduğunu da vurğulayıb.
Bizim.Media