"Vaqner" özəl hərbi təşkilatının rəsmiləri Ermənistandadır və görüşlər keçirir.
Bizim.Media xəbər verir ki, bu iddia ilə Ermənistan Baş Qərargah rəisinin keçmiş müşaviri Vladimir Poqosyan çıxış edib.
O, “Vaqner”çilərin hansı məqsədlə Ermənistana gəldiyini açıqlamayıb:
“Yəqin bizə kömək etməyəcəklər. Ancaq başa düşməliyik ki, onlar niyə, kimin sifarişi və ya xahişi ilə buradadırlar”.
O hesab edir ki, bu elan erməni xalqını Paşinyanı devirməyə və “keçid hökuməti” yaratmağa sövq etməlidir:
“Təfərrüatları açıqlamaq lazımdırsa, biz onları açıqlayacağıq".
Bizim.Media