Təsərrüfatlara ciddi ziyan vuran çəyirtkələrin yayılma səbəbi açıqlandı – RƏSMİ – FOTO

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (Zərərsizləşdirmə) Mərkəzi tərəfindən çəyirtkələrin yayılmasının qarşısının alınması məqsədilə zərərvericilərə qarşı mübarizə tədbirləri ardıcıl şəkildə davam etdirilir.

Bu barədə Bizim.Media-ya Kənd Təsərrüfatı Nazirlitindən məlumat verilib.

Bildirilib ki, son günlər Abşeron yarımadasında, xüsusilə dənizkənarı ərazilərdə çəyirtkələrin kütləvi şəkildə müşahidə olunması ilə əlaqədar operativ monitorinqlər aparılıb və yayıldığı sahələrdə kimyəvi mübarizə tədbirləri həyata keçirilib.

Ümumilikdə, cari ilin may-iyul ayları ərzində respublikanın müxtəlif ərazilərində çəyirtkəkimilərin müşahidə olunduğu 6819 ha ərazidə kimyəvi mübarizə tədbirləri icra olunub.

Mübarizə tədbirlərinin həyata keçirildiyi ərazilərdə mütəxəssislər tərəfindən mütəmadi monitorinqlər aparılır, fitosanitar vəziyyət qiymətləndirilir və aşkar olunmuş ocaqlarda xüsusi texnika və müvafiq preparatlardan istifadə edilməklə kimyəvi mübarizə işləri həyata keçirilir. Bu tədbirlər çəyirtkələrin yayılmasının qarşısının alınmasına, kənd təsərrüfatı bitkilərinin, otlaq sahələrinin və təbii bitki örtüyünün mümkün zərərlərdən qorunmasına, həmçinin fitosanitar sabitliyin təmin edilməsinə xidmət edir.

Aqrar Xidmətlər Agentliyi tərəfindən çəyirtkə növlərinin müşahidə olunduğu digər ərazilərdə də vəziyyət daim nəzarətdə saxlanılır.

Risk qiymətləndirilməsinin nəticələrinə uyğun olaraq zəruri hallarda operativ müdaxilə edilir, əlavə mübarizə tədbirləri görülür və zərərvericilərin yayılmasının qarşısının alınması istiqamətində işlər ardıcıl şəkildə davam etdirilir.

Qeyd edək ki, son illərdə çəyirtkələrin qonşu ölkələrdə daxil olmaqla daha geniş ərazilərdə yayılması qlobal və regional iqlim dəyişiklikləri ilə əlaqələndirilir.

Havanın temperaturunun yüksəlməsi və mövsümi hava şəraitində baş verən dəyişikliklər zərərvericilərin çoxalması və yayılması üçün əlverişli şərait yaradır. Bu da onların yayılma arealının genişlənməsinə və yeni ərazilərdə müşahidə olunma hallarının artmasına səbəb olur.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ərdoğana da oyuncaq bəbir hədiyyə EDİLDİ

Ərdoğana da oyuncaq bəbir hədiyyə EDİLDİ

Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş nazirinə başsağlığı verdi

Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş nazirinə başsağlığı verdi

Vüsal İbrahimov yeni vəzifəyə TƏYİN EDİLDİ – FOTO

Vüsal İbrahimov yeni vəzifəyə TƏYİN EDİLDİ – FOTO

Kiyevə hücum: Azərbaycanlıya məxsus restoran dağıldı – FOTO

Kiyevə hücum: Azərbaycanlıya məxsus restoran dağıldı – FOTO

Ərdoğan da Bişkekdədir

Ərdoğan da Bişkekdədir

Afət Fərmanqızı Dəniz Əsədovanı məhkəməyə verdi

Afət Fərmanqızı Dəniz Əsədovanı məhkəməyə verdi

Putin də Qırğızıstanda səfərdədir – VİDEO

Putin də Qırğızıstanda səfərdədir – VİDEO

Qəzada ölən sürücü vəzifəli şəxs imiş – Foto

Qəzada ölən sürücü vəzifəli şəxs imiş – Foto

Bu şəxslər pullarını geri ala biləcək - Yenilik

Bu şəxslər pullarını geri ala biləcək - Yenilik

Dövlət satınalmalarında qanunsuz müqavilələrə görə pul ödənilməyəcək

Dövlət satınalmalarında qanunsuz müqavilələrə görə pul ödənilməyəcək

Atasını ağacla döyərək qətlə yetirdi – Gədəbəydə 34 il əvvəlki cinayətin ÜSTÜ AÇILDI

Atasını ağacla döyərək qətlə yetirdi – Gədəbəydə 34 il əvvəlki cinayətin ÜSTÜ AÇILDI

Naxçıvanda yaşayış binasında yanğın – VİDEO

Naxçıvanda yaşayış binasında yanğın – VİDEO

İt yanğını hiss edib sahiblərini oyatdı – FOTO

İt yanğını hiss edib sahiblərini oyatdı – FOTO

146 milyon manat xəzinə qalığı müddətli depozitlərə yerləşdirilib

146 milyon manat xəzinə qalığı müddətli depozitlərə yerləşdirilib

İdmançılarımız beynəlxalq turnirdə altı medal qazandılar – FOTO

İdmançılarımız beynəlxalq turnirdə altı medal qazandılar – FOTO

Prezidentin Bişkekdə Tokayev ilə GÖRÜŞÜ KEÇİRİLDİ - FOTO/VİDEO

Prezidentin Bişkekdə Tokayev ilə GÖRÜŞÜ KEÇİRİLDİ - FOTO/VİDEO

İlham Əliyevlə Paşinyanın görüşündə müzakirə olunan məsələlər AÇIQLANDI

İlham Əliyevlə Paşinyanın görüşündə müzakirə olunan məsələlər AÇIQLANDI

Bir rəqəm, üç fərqli maaş: Orta əməkhaqqının GİZLİ HESABI

Bir rəqəm, üç fərqli maaş: Orta əməkhaqqının GİZLİ HESABI

Pul yağışı başlayır: 5 bürcü böyük maliyyə fürsətləri gözləyir

Pul yağışı başlayır: 5 bürcü böyük maliyyə fürsətləri gözləyir

Ağ idman ayaqqabılarını çirk və saralmadan necə təmizləmək olar?

Ağ idman ayaqqabılarını çirk və saralmadan necə təmizləmək olar?

Buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyənlərin NƏZƏRİNƏ!

Buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyənlərin NƏZƏRİNƏ!

İlham Əliyevlə Paşinyanın görüşü başa çatdı – VİDEO

İlham Əliyevlə Paşinyanın görüşü başa çatdı – VİDEO

“Qəbələ” baş məşqçisi ilə yollarını AYIRDI

“Qəbələ” baş məşqçisi ilə yollarını AYIRDI

Yağıntılı hava nə vaxtadək davam edəcək? – RƏSMİ AÇIQLAMA

Yağıntılı hava nə vaxtadək davam edəcək? – RƏSMİ AÇIQLAMA

End of content

No more pages to load

RADİO