Hakan Fidandan Kərküklə bağlı AÇIQLAMA

Türkmanların yığcam yaşadığı Kərkükün sülh və sabitliyi bütün İraqa təsir edir.

Bizim.Media “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Tehranda İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə görüşündən sonra təşkil edilən birgə mətbuat konfransında söyləyib.

Fidan Kərkükün etnik və məzhəb tərkibinə görə özgün İraq modeli olduğunu vurğulayıb:

“Kərkükdəki sülh və sabitliyin bütün İraqda sülh və sabitliyə birbaşa təsiri var. Biz Kərkükü dinc yanaşı yaşama mədəniyyətinin simvolu kimi görürük”.

Fidan əlavə edib ki, İraqın Baş naziri Məhəmməd Şia əl-Sudaninin rəhbərliyi ilə qurulan hökumət ölkəyə sabitlik gətirib:

“Biz onun və hökumətinin infrastrukturun yenidən qurulması və investisiyaların cəlb edilməsi sahəsində göstərdiyi səyləri dəstəkləyirik. Biz bunun İraqın bu günü və gələcəyi üçün nə qədər vacib olduğunu anlayırıq. Belə bir dönəmdə İraqın əsas və təməl ünsürlərindən biri olan türkman soydaşlarımızın vətəni olan Kərkükdə insan ölümünə yol açan gərginliyin yaranmasına kədər və böyük narahatlıqla baxırıq”.

Bu cür gərginliyin qarşısının alınmasının zəruriliyi ilə bağlı fikirlərin əvvəllər də İraq hakimiyyətinə bildirildiyini vurğulayan Türkiyə xarici işlər naziri qeyd edib ki, Ankara Bağdaddan PKK-nın şəhərdə son vaxtlar artan mövcudluğuna son qoymasını tələb edir:

“Kərkük son vaxtlar böyük iztirablara və qırğınlara məruz qalmış qədim şəhərdir. Hesab edirik ki, bu şəhərdə kövrək sosial tarazlığı qorumaq, təmsilçilik və idarəçilik məsələlərində bütün sosial təbəqələrə bərabər səs hüququ vermək lazımdır.
Bu baxımdan, biz şəhərdə əhalinin bütün təbəqələrinin bərabər şəkildə təmsil olunmasını və idarəçilikdə iştirakını təmin edərək sizə çoxdan bəlli olan formulun tərəfdarıyıq. Türkman soydaşlarımızın hüquq və mənafelərinin qorunması bizim İraqla bağlı siyasətimizin əsas prinsiplərindən biridir. Biz bundan sonra da türkmanların hüquqlarının siyasi intriqalara mövzu olmasına qarşı çıxacağıq və onları bütün sahələrdə dəstəkləyəcəyik”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sarayda qardaşı arvadını mülkə görə öldürdü

Sarayda qardaşı arvadını mülkə görə öldürdü

Romao “Qarabağ”a qayıdır?

Romao “Qarabağ”a qayıdır?

Paşinyan: "Ermənistanın yeni Konstitusiya layihəsi ilin sonunadək dərc olunacaq"

Paşinyan: "Ermənistanın yeni Konstitusiya layihəsi ilin sonunadək dərc olunacaq"

Trampla bağlı suala reaksiyası gündəm oldu – VİDEO

Trampla bağlı suala reaksiyası gündəm oldu – VİDEO

"Milyarderlərin yay düşərgəsi"ndə Ceff Bezosun həyat yoldaşı DİQQƏT MƏRKƏZİNDƏ – FOTO

"Milyarderlərin yay düşərgəsi"ndə Ceff Bezosun həyat yoldaşı DİQQƏT MƏRKƏZİNDƏ – FOTO

Ucuz qiymətə mənzil sahibi olmaq istəyənlərin NƏZƏRİNƏ

Ucuz qiymətə mənzil sahibi olmaq istəyənlərin NƏZƏRİNƏ

Vəhşi heyvanlar harada və necə MÜALİCƏ olunur? – Çoxlarının bilmədiyi PROSES

Vəhşi heyvanlar harada və necə MÜALİCƏ olunur? – Çoxlarının bilmədiyi PROSES

Külək, yağış, 37° isti... - Sabahın havası

Külək, yağış, 37° isti... - Sabahın havası

“Azərbaycan təsviri sənətinin inciləri. Qızıl kolleksiya” təqdim edildi: bp və Greentech Solutions-dan yeni layihə - FOTO/VİDEO

“Azərbaycan təsviri sənətinin inciləri. Qızıl kolleksiya” təqdim edildi: bp və Greentech Solutions-dan yeni layihə - FOTO/VİDEO

İnfarkt və insulta səbəb olan əsas yeməklər

İnfarkt və insulta səbəb olan əsas yeməklər

Gənc xanıma yüksək vəzifə verildi

Gənc xanıma yüksək vəzifə verildi

Təsərrüfatlara ciddi ziyan vuran çəyirtkələrin yayılma səbəbi açıqlandı – RƏSMİ – FOTO

Təsərrüfatlara ciddi ziyan vuran çəyirtkələrin yayılma səbəbi açıqlandı – RƏSMİ – FOTO

Ermənistanda qəzet redaktorunun evində axtarış aparıldı

Ermənistanda qəzet redaktorunun evində axtarış aparıldı

Sabunçuda ƏMƏLİYYAT: Saxlanılanlar var – VİDEO

Sabunçuda ƏMƏLİYYAT: Saxlanılanlar var – VİDEO

"Zəngəzur" neft tankeri Britaniyanın sanksiyalar siyahısından çıxarıldı - FOTO

"Zəngəzur" neft tankeri Britaniyanın sanksiyalar siyahısından çıxarıldı - FOTO

Samuxdakı qəzada həyatını itirənlərin FOTOSU

Samuxdakı qəzada həyatını itirənlərin FOTOSU

Katex çayında batan şəxsin meyiti tapıldı

Katex çayında batan şəxsin meyiti tapıldı

Rep ifaçısı dilinə 50 min dollarlıq brilyant pirsinq taxdırdı - FOTO

Rep ifaçısı dilinə 50 min dollarlıq brilyant pirsinq taxdırdı - FOTO

“LUKOİL”in yanacaqdoldurma məntəqələrində müştərilər aldadılır? – Şirkətdən AÇIQLAMA – VİDEO

“LUKOİL”in yanacaqdoldurma məntəqələrində müştərilər aldadılır? – Şirkətdən AÇIQLAMA – VİDEO

Hadrut sakinlərinin NƏZƏRİNƏ! - Qəbul başlanılır

Hadrut sakinlərinin NƏZƏRİNƏ! - Qəbul başlanılır

“Könüllülər yol təhlükəsizliyinin təşviqində” layihəsinə start verilir

“Könüllülər yol təhlükəsizliyinin təşviqində” layihəsinə start verilir

Bu il neçə nəfərə əlillik təyin olunub?

Bu il neçə nəfərə əlillik təyin olunub?

Ağstafa sakinləri dəhşət yaşadı - VİDEO

Ağstafa sakinləri dəhşət yaşadı - VİDEO

Yük maşınının sürücüsü yuxuladı, qəza törətdi - VİDEO

Yük maşınının sürücüsü yuxuladı, qəza törətdi - VİDEO

End of content

No more pages to load

RADİO