Artıq 6-cı gündür ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) nümayəndələri, könüllüləri humanitar missiyasını həyata keçirmək üçün burdadırlar.
Bizim.Media xəbər verir ki, bunu trend.az-a Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) vitse-prezidenti Qafar Əsgərzadə bildirib.
"Bizim bu xeyirxah addımımızın məqsədi Qarabağda yaşayan erməniəsilli sakinlərə ərzaq yardımını, konkret olaraq 40 ton unun çatdırılmasıdır.
AzQAC rəhbərliyi tərəfindən Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının komandanlığı ilə müvafiq danışıqlar aparılıb. Ancaq indiki ana qədər müsbət cavab yoxdur.
Ümid edirik ki, bizim xeyirxah addımımız, humanitar missiyamız düzgün dəyərləndiriləcək və tezliklə gətirdiyimiz ərzaq yükü həmin insanlara çatdırılacaq”, deyə o bildirib.
Bizim.Media