Amerikanın "SpaceX" şirkəti kosmosa Pentaqona məxsus 13 hərbi peyk göndərib.
Bizim.Media "RİA Novosti"yə istinadən xəbər verir ki, peyklər "Falcon 9" daşıyıcı raketləri ilə orbitə buraxılıb.
Bu avadanlıq raket buraxılışlarını izləmək və bütün dünyada hərbi rabitəni təmin etmək üçün nəzərdə tutulub.
Qeyd edilib ki, bu, "SpaceX"in 61-ci buraxılışı olub və bununla yeni rekorda imza atılıb.
Bizim.Media