Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İsrailin Baş naziri Benyamin Netanyahunun sentyabrın 8-10-da Hindistanda keçiriləcək G-20 sammiti çərçivəsində görüşü ehtimal edilir.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyanın xarici siyasət və təhlükəsizlik məsələləri üzrə müşaviri Akif Çağatay Kılıç “A Haber”ə müsahibəsi zamanı məlumat verib.
O bildirib ki, Türkiyənin İsrail xalqı ilə heç bir problemi yoxdur: “Biz mövqeyimizi həmişə konkret ifadə edirik. Əməkdaşlığa ehtiyac olan məsələlər var”.
Bizim.Media