Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Fərat qalxanı”x9d missiyasının yerinə yetirildiyi ərazinin genişləndirildiyini bəyan edib.xa0
Bu barədə “Reuters”x9d məlumat yayıb.xa0
“Hazırda “Fərat qalxanı”x9d əməliyyatı çərçivəsində 900 kvadratkilometr ərazi terrorçulardan azad edilib. Bu ərazi cənuba doğru genişlənir. Biz bu ərazini təhlükəsiz zonanın yaradılması çərçivəsində beş min kvadratkilometrə qədər genişləndirə bilərik”x9d, - dövlət başçısı bildirib.xa0
“Fərat qalxanı”x9d əməliyyatı avqustun 24-də başlanıb. Suriya ərazisində Türkiyənin nizamlı ordusunun hissələri yeridilib. Əsas məqsəd sərhədyanı ərazilərin “İslam dövləti”x9d terror qruplaşmasının, eləcə də kürd silahlı qrupların yaraqlılarından təmizlənməsidir.xa0