Ukrayna Prezidenti Volodimir Zelenski Balkan sammitində iştirak etmək üçün Yunanıstana səfər edib.
Bizim.Media xəbər verir ki, bu barədə Zelenski ənənəvi axşam müraciətində məlumat verib.
O bildirib ki, Balkan ölkələrinin liderləri ilə ümumi yığıncaq keçiriləcək, onlar Avropa və Avro-Atlantik inteqrasiyanın koordinasiyası, müdafiə sahəsində əməkdaşlıq və təhlükəsizlik məsələlərini müzakirə edəcəklər.
Ukrayna Prezidenti, həmçinin Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen görüşəcəyini də qeyd edib.
Bizim.Media