“2028-ci ilin sonuna qədər Azərbaycan dili üzrə Böyük Dil Modellərinin yaradılması nəzərdə tutulur”.
Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının sədri Ramid Namazov parlamentdə “Rəqəmsal inkişaf, süni intellekt və uşaqların sosial şəbəkə platformalarındakı zərərli təsirlərdən qorunması” mövzusunda keçirilən ictimai müzakirədə deyib.
"Bu addım Azərbaycan dilində keyfiyyətli süni intellekt xidmətlərinin inkişafına, eləcə də ölkənin mədəni və linqvistik suverenliyinin gücləndirilməsinə xidmət edəcək"- deyə sədr vurğulayıb.
Günay Şahmar, Bizim.Media