“Türkiyə demək olar ki, Rusiya-Ukrayna müharibəsini bitirmək üçün səmimi səylər göstərən yeganə ölkədir”.
Bizim.Media Türkiyə KİV-ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra keçirdiyi mətbuat konfransında çıxışı zamanı deyib.
“Türkiyə Rusiya-Ukrayna müharibəsini bitirmək və böhrandan ən az zərərlə çıxmaq üçün səmimi səylər göstərən, yeganə ölkədir. Hesab edirəm ki, biz bu yanaşmanı konkret addımlarla sübut etdik. Biz daha ədalətli dünyanın mümkün olduğuna inanırıq”, - deyə Ərdoğan qeyd edib.
Bizim.Media