Ukraynanın Rusiya tərəfindən müvəqqəti ilhaq edilən Mariupol limanında Rusiya Ordusu hərbi baza yaradıb.
Bizim.Media xəbər verir ki, bu barədə Mariupol merinin müşaviri Petr Andryuşenko məlumat verib.
“Mariupol limanı hərbi bazaya çevrilib. Dünən Rusiya hərbi gəmisi işğaldan sonra ilk dəfə olaraq Mariupol dəniz limanının akvatoriyasına daxil olaraq orada lövbər salıb”, - deyə Andryuşenko qeyd edib.
Bizim.Media