Fransada ötən ay baş verən iğtişaşlar zamanı zərər görmüş 40-a yaxın məktəb sentyabrın 4-ü başlayacaq yeni tədris ilində fəaliyyət göstərməyəcək.
Bizim.Media xəbər verir ki, bu barədə RTL radiosu məlumat yayıb.
Məlumata görə, binaların bərpası ciddi zərər və sığorta ödənişlərinin hesablanmasına görə gecikib və yeni tədris ilinədək işlər yekunlaşmayacaq.
Bizim.Media