Böyük Britaniya rəsmilərinə Rusiya, İran, Çin və Şimali Koreyanı düşmən dövlətlər adlandırmaq qadağan edilib.
Bizim.Media xəbər verir ki, bu barədə ölkənin “Times” nəşri öz mənbələrinə istinadən məlumat yayıb.
Belə ki, artıq hökumət sənədlərində və öz aralarında ünsiyyət zamanı sözügedən dövlətlər haqqında “düşmən” ölkələr yox, “düşmənçi mövqeyi olan” ifadəsini işlətməlidirlər.
İddia olunur ki, “həmin dövlətlər özlüyündə düşmənçilik etmirlər, sadəcə olaraq düşmən mövqeyi sərgiləyirlər”.
Nəşr yazır ki, bu tədbir Çinlə münasibətləri yaxşılaşdırmaq üçün istifadə olunur.
Qeyd edilir ki, bu qərar dövlət qulluqçularından birinin öz sənədində “düşmən dövlət” ifadəsini işlətməsindən sonra qəbul edilib.
Bizim.Media