Danimarka səfirliyinin Türkiyədəki müvəqqəti işlər vəkili və Niderland səfirliyinin müşaviri bu gün Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıblar.
Bizim.Media xəbər verir ki, bu barədə ölkə KİV-i məlumat yayıb.
Məlumata görə, buna Türkiyənin Danimarka və Haaqadakı səfirlikləri önündə “Qurani-Kərim”in yandırılması səbəb olub.
Diplomatlara Türkiyənin bu addımları ən sərt şəkildə qınadığı çatdırılıb.
Bizim.Media