TEKNOFEST Ankarada keçiriləcək

Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ildönümündə paytaxt Ankarada TEKNOFEST keçiriləcək.

Bizim.Media TurkicWorld-ə istinadən xəbər verir ki, təkcə Türkiyənin deyil, dünyanın ən böyük kosmos, aviasiya, elm və texnologiya festivalı olan TEKNOFEST 30 avqust - 3 sentyabr tarixləri arasında Ankarada baş tutacaq.

TEKNOFEST səyahətinə İstanbuldan sonra Ankara və İzmirlə davam edəcək. Cümhuriyyətin 100-cü ildönümündə Türkiyənin 3 böyük şəhərində keçirilməsi planlaşdırılan festivalın ikinci dayanacağı paytaxt Ankara olacaq. Festival 27 sentyabr-1 oktyabr tarixlərində isə İzmirdə keçiriləcək.

Milyonlarla insanı bir araya gətirən TEKNOFEST şövq və həyəcanı bir daha Ankara və İzmir səmalarına daşıyacaq.

Hər iki şəhərdə texnologiya yarışmaları, təşəbbüs proqramları, hava şouları, mükafatlandırma mərasimləri, elmi şoular, maarifləndirici seminarlar, sərgilər, səhnə oyunları, uşaqlar üçün xüsusi uçuş təcrübələri ziyarətçilərə macəra yaşadacaq.

Festival Ankaranın Etimesgut hava limanında və İzmirin Çiğli hava limanında keçiriləcək.

Qeyd edək ki, 2018-ci ildə təşkil olunmağa başladığı gündən etibarən TEKNOFEST, hər il iştirakçı sayına görə rekord qırıb. Ölkənin milli texnologiya ekosistemində mühüm rol oynayan nazirliklər, sədrliklər, dövlət və özəl sektor təşkilatları, akademik qurumlar və media şirkətləri daxil olmaqla, 117 qurumun iştirakı ilə keçirilən TEKNOFEST 2023 İstanbulda bu il 130 iştirakçı və 19 sponsor şirkət iştirak edib.
Festival çərçivəsində milli texnologiya istehsalı və inkişafı sahələrində çalışan minlərlə gəncin layihələrini dəstəkləmək üçün təşkil edilən texnologiya yarışmaları 41 əsas yarışma və 102 fərqli kateqoriyada keçirilib.

Gənclərə 13 milyon lirədən çox mükafat, 30 milyon lirədən çox maddi dəstək verilib. Yarışlarda yer alan gənclər TEKNOFEST səhnəsində mükafatlarını alıblar.

Xatırladaq ki, mütəmadi olaraq İstanbulda keçirilən TEKNOFEST 26-29 may 2022-ci il tarixlərində ilk dəfə Türkiyədən kənarda – Azərbaycanda keçirilərək bir ilkə imza atıb. Ötən aprel və may aylarında İstanbulda keçirilən texnologiya festivalına 2,5 milyondan çox insan qatılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

SEPAH ABŞ dronunu belə məhv etdi – ANBAAN VİDEO

SEPAH ABŞ dronunu belə məhv etdi – ANBAAN VİDEO

Son 2 gündə İrana endirilən zərbələrin SAYI AÇIQLANDI

Son 2 gündə İrana endirilən zərbələrin SAYI AÇIQLANDI

“Uşaqlara sosial şəbəkə məhdudiyyəti qoyulursa, alternativlərin təşkili nəzərə alınmalıdır”

“Uşaqlara sosial şəbəkə məhdudiyyəti qoyulursa, alternativlərin təşkili nəzərə alınmalıdır”

Bakıda kişi keçmiş arvadını küçədə güllələdi - VİDEO

Bakıda kişi keçmiş arvadını küçədə güllələdi - VİDEO

Azərbaycanda autizm sindromlu əlilliyi olan uşaqların sayı açıqlandı – RƏSMİ

Azərbaycanda autizm sindromlu əlilliyi olan uşaqların sayı açıqlandı – RƏSMİ

Xameneinin cənazəsi Məşhədə belə gətirildi - VİDEO

Xameneinin cənazəsi Məşhədə belə gətirildi - VİDEO

Sürücülərin DİQQƏTİNƏ – Bu yollarda təmir işləri aparılır - VİDEO

Sürücülərin DİQQƏTİNƏ – Bu yollarda təmir işləri aparılır - VİDEO

Kartla ödənişdə çoxlarının bilmədiyi detal- Açıqlama

Kartla ödənişdə çoxlarının bilmədiyi detal- Açıqlama

Cennifer Lopez Parisdə mini geyimi ilə diqqətləri üzərinə çəkdi – FOTO

Cennifer Lopez Parisdə mini geyimi ilə diqqətləri üzərinə çəkdi – FOTO

Bakının məşhur parkı baxımsız qalıb - FOTO

Bakının məşhur parkı baxımsız qalıb - FOTO

İpoteka ilə mənzil sahibi olmaq istəyənlərin NƏZƏRİNƏ

İpoteka ilə mənzil sahibi olmaq istəyənlərin NƏZƏRİNƏ

Milli Observatoriya tərəfindən “Əmək bazarı üzrə terminlərin izahlı lüğəti”nin təqdimatı olub – FOTO

Milli Observatoriya tərəfindən “Əmək bazarı üzrə terminlərin izahlı lüğəti”nin təqdimatı olub – FOTO

Süni intellektlə bağlı MÜHÜM YENİLİK – 2028-ci ilin sonunadək...

Süni intellektlə bağlı MÜHÜM YENİLİK – 2028-ci ilin sonunadək...

Çoxunun sevdiyi yay içkisi – Cəmi 1 saata mikrob yuvasına çevrilir

Çoxunun sevdiyi yay içkisi – Cəmi 1 saata mikrob yuvasına çevrilir

Rusiya Belarus benzininə MÖHTAC QALDI

Rusiya Belarus benzininə MÖHTAC QALDI

6 dövlət xəstəxanası təmir ediləcək – TƏBİB AÇIQLADI /ÖZƏL

6 dövlət xəstəxanası təmir ediləcək – TƏBİB AÇIQLADI /ÖZƏL

"Bitcoin" Trampın oğlunu 600 milyon dollar ZİYANA SALDI

"Bitcoin" Trampın oğlunu 600 milyon dollar ZİYANA SALDI

Prezident Gürcüstana elektrik enerjisi təchizatı ilə bağlı SAZİŞİ TƏSDİQLƏDİ

Prezident Gürcüstana elektrik enerjisi təchizatı ilə bağlı SAZİŞİ TƏSDİQLƏDİ

18-i ərini, 2-si isə xanımını təmsil etdi- Fotolar

18-i ərini, 2-si isə xanımını təmsil etdi- Fotolar

Çəllək pivəsi sevənlərin DİQQƏTİNƏ – Sərinləmək əvəzinə zəhərlənə bilərsiniz

Çəllək pivəsi sevənlərin DİQQƏTİNƏ – Sərinləmək əvəzinə zəhərlənə bilərsiniz

"Deepfake” vasitəsilə uşaqları necə MANİPULYASİYA EDİRLƏR?

"Deepfake” vasitəsilə uşaqları necə MANİPULYASİYA EDİRLƏR?

Daha 7 tətbiqin xidmətləri “Mygov”-a inteqrasiya ediləcək – RƏSMİ

Daha 7 tətbiqin xidmətləri “Mygov”-a inteqrasiya ediləcək – RƏSMİ

Hər altı məktəblidən biri kiberzorakılıqla üzləşir – DƏHŞƏTLİ STATİSTİKA

Hər altı məktəblidən biri kiberzorakılıqla üzləşir – DƏHŞƏTLİ STATİSTİKA

ABŞ İranda atom elektrik stansiyasına zərbə endirdi – VİDEO

ABŞ İranda atom elektrik stansiyasına zərbə endirdi – VİDEO

End of content

No more pages to load

RADİO