Türkiyədə içərisində izolyasiya materiallarının olduğu yaxtada naməlum səbəbdən yanğın baş verib, həmin vaxt göyərtədə olan 10 nəfər tüstüdən zəhərlənib.
Bizim.Media “Haber Global” telekanalına istinadən xəbər verir ki, bu barədə ölkənin fövqəladə hallar xidməti məlumat yayıb.
Bildirilir ki, hadisə Kocaeli şəhərinin Başişkele rayonunda baş verib.
Yanğın artıq söndürülüb. Xəsarət alanlar Kocaeli Şəhər Xəstəxanasına çatdırılıblar.



Bizim.Media