Braziliyanın “Korintians” futbol klubunun azarkeşlərini aparan avtobusun qəzaya uğraması nəticəsində 7 nəfər ölüb, 36 nəfər yaralanıb.
Bizim.Media xarici KİV-lərə istinadla xəbər verir ki, qəza Brumadinyo şəhəri yaxınlığındakı yolun dağlıq hissəsində, San-Paulu klubunun azarkeşləri komandalarının "Kruzeyro" ilə səfər oyunundan qayıdarkən baş verib.
İlkin məlumata görə, qəzanın səbəbi avtobusun əyləcinin sıradan çıxması olub.
Bizim.Media