Rusiyada federal qeyri-maddi etnomədəni irs obyektləri olan nağıllar, dastanlar, rəqslər, ayinlər, sənətlər, eləcə də adət və ənənələrin reyestri yaradılacaq.
Bizim.Media Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin Reyestrin formalaşdırılması və aparılması qaydası barədə Qərar imzalayıb.
Qərara əsasən reyestrdə bu və ya digər obyektin mənşəyi, onun mövcud olması məkanı, orijinal ənənəvi mədəniyyətin daşıyıcıları və qoruyub saxlayanlar barədə informasiya yer alacaq.
Sənəddə Rusiyada mövcud olan ayinlər və adətlər ölkənin qeyri-maddi etnomədəni irsinə aid olunub. Onların qorunub saxlanılması, öyrənilməsi və populyarlaşdırılması üçün xüsusi reyestr tətbiq olunur.
Bizim.Media